İraqın şərqindəki Əl-Kut şəhərində ticarət mərkəzində yerləşən hipermarketdə baş verən yanğın nəticəsində ölənlərin sayı 63-ə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib. Bildirilib ki, genişmiqyaslı yanğın beşmərtəbəli ticarət mərkəzinin binasını bürüyüb.
Şəhər səhiyyə idarəsinin nümayəndəsinin sözlərinə görə, həyatını itirən 59 nəfərin şəxsiyyəti müəyyən edilsə də, bir cəsədin kimliyini müəyyən etmək mumun olmayıb.
Bundan əlavə, dağıntılar altında digər qurbanların cəsədləri qalır.
10:43
İraqda Əl-Kut şəhərində ticarət mərkəzində baş vermiş güclü yanğında həlak olanların xatirəsinə ölkədə üçgünlük matəm elan edilib.
Hafta.az xəbər verir ki, bu barədə Vasit əyalətinin qubernatoru Məhəmməd Cəmil əl-Maya özünün sosial şəbəkə hesabında paylaşım edib:
"Əl-Kut şəhərində yerləşən ticarət mərkəzində baş vermiş faciəli yanğında həyatını itirənlərin xatirəsini yad etmək üçün üçgünlük matəm elan edirik. Günahsız qurbanların ailələrini əmin edirik ki, bu insidentdə birbaşa və ya dolayısı ilə əli olanlara qarşı yumşaq davranmayacağıq. İlkin araşdırmanın nəticələrini 48 saat ərzində dərc edəcəyik. Biz həmçinin binanın sahibinə, ticarət mərkəzinin sahibinə və bu işdə əli olan hər kəsə qarşı məhkəmədə iddia qaldırdıq".